Araz Abdullayev oynadı, komandası heç-heçə etdi

27 Oktyabr 2020 01:38 Bizimkilər 625
Araz Abdullayev oynadı, komandası heç-heçə etdi

Türkiyə 1-ci liqasında 7-ci turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Araz Abdullayevin formasını geyindiyi “Boluspor” da növbəti matçına çıxıb.

Bolu təmsilçisi doğma meydanda “Menemenspor”la qarşılaşıb və bu oyundan heç-heçə ilə ayrılıb – 0:0. Araz da bu görüşün iştirakçısı olub. O, 84-cü dəqiqədə meydana buraxılıb.

7 turdan sonra hesabında 3 xal olan “Boluspor” 18 kollektiv arasında 17-cidir.

Digər Xəbərlər
Xəbər Lenti