Azərbaycanlı hücumçudan daha bir qol - Almaniyadan VİDEO

27 Aprel 2025 09:25 Bizimkilər 6 400
Azərbaycanlı hücumçudan daha bir qol - Almaniyadan VİDEO

Mahir Emrelinin formasını geyindiyi “Nürnberq” Almaniyanın II Bundesliqasında 31-ci tur oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, komanda səfərdə Düsseldorf “Fortuna”sı ilə qarşılaşıb.

Görüş 3:3 hesabı ilə yekunlaşıb. Mahir bu görüşdə qolla yadda qalıb.

O, 45+4-cü dəqiqədə komandasının ikinci qolunu vurub və 87-ci dəqiqədə əvəzlənib.

Hazırda Mahirin aktivində cari çempionat mövsümündə 20 matçda 7 qol var. O, artıq ardıcıl üçüncü matçda fərqlənir.

Hazırkı vəziyyətə görə, "Nürnberq" 45 xalla turnir cədvəlində 8-ci pillədə qərarlaşıb.

Emreli Almaniya 2-ci liqasında meydana çıxdığı son 3 görüşdə 4 qolla yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 04:40 "Gəncə" “Ordu"ya uduzdu