Cənubi Azərbaycan klubu 90+23-cü dəqiqədə vurduğu qolla dramatik qələbə qazandı

26 Aprel 12:40 Bizimkilər 433
Cənubi Azərbaycan klubu 90+23-cü dəqiqədə vurduğu qolla dramatik qələbə qazandı

İran çempionatında 22-ci turdan təxirə salınmış bir oyun keçirilib.

Sportinfo.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor” səfərdə “Fulad”ın qonağı olub.

Gərgin keçən oyunun sonuna hakim 28 dəqiqə əlavə edib. Təbriz klubu qələbə qolunu əlavə olunmuş 23-cü dəqiqədə vurmaqla çempionluq yolunda vacib 3 xal qazanıb.

Sona 3 tur qalmış xallarının sayını 61-ə çatdıran “Traktor” ən yaxın izləyicisi “Sepahan”ı 5 xal qabaqlayır. Təbriz klubunu tarixində ilk çempionluqdan cəmi 2 qələbə ayırır.

“Fulad” - “Traktor” 1:2
Qollar:
Domaqoy Drozdek, 49 (0:1), Abolfazl Zadehattar, 90+20 (1:1), Mehdi Hashemnejad, 90+23 (1:2)
Qırmızı vərəqə: Mussa Kolibali, 81 (“Fulad”)

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 18:10 Çək və bizə göndər!
29 Aprel 11:00 Bax və işini belə qur!