Azərbaycanlı müdafiəçi xarici ölkədə final oynayacaq

24 Aprel 2025 02:20 Bizimkilər 610
Azərbaycanlı müdafiəçi xarici ölkədə final oynayacaq

Zamiq Əliyev Albaniya kubokunun finalında oynayacaq.

Sportinfo.az xəbər verir ki, onun çıxış etdiyi "Eqnatiya" "Partizani"ni mübarizədən kənarlaşdırıb.

Öz meydanında 0:1 hesabı ilə uduzan Zamiqin komandası səfərdə eyni nəticə ilə revanş alıb. Cütün qalibi əlavə vaxtda müəyyənləşib və "Eqnatiya" daha bir dəfə fərqlənərək finala yüksəlib.

Start heyətində yer alan müdafiəçi qarşılaşmanı əvəzolunmadan keçirib.

"Eqnatiya" finalda "Dinamo" (Tirana) ilə qarşılaşacaq. Həlledici oyun mayın 1-də təşkil olunacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti