Azərbaycanlı forvardın vurduğu qol onları finala daşıdı

22 Aprel 2025 02:10 Bizimkilər 2 911
Azərbaycanlı forvardın vurduğu qol onları finala daşıdı

Azərbaycanlı hücumçu Rufat Dadaşov Berlinin "Dinamo" klubunun qəhrəmanına çevrilib.

Sportinfo.az xəbər verir ki, Dadaşov Şimal-şərq Regional Liqasının Kubokunun yarımfinalında "Alqlinike"yə qarşı oyunda (3:2) qələbə qolunu vurub.

Onun 114-cü dəqiqədə vurduğu qol komandaya finala yüksəlmək imkanı verib.

"Dinamo" finalda 24 may tarixində "Ayntraxt Malsdorf" klubu ilə qarşılaşacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti