Mahir “dərs söhbəti” elədi: “Biz daha güclü qayıdacağıq”

21 Aprel 2025 00:50 Bizimkilər 885
Mahir “dərs söhbəti” elədi: “Biz daha güclü qayıdacağıq”

"Hər məğlubiyyət bir dərsdir".

Sportinfo.az xəbər verir ki, bunu "Nürnberq"dəçıxış edən Mahir Emreli şəxsi instaqram hesabında yazıb.

27 yaşlı hücumçu II Bundesliqanın XXX turunda doğma meydanda "Paderborn"a uduzduları matç haqqında fikirlərini bölüşüb:

"Bu, gözlədiyimiz nəticə deyil. Buna baxmayaraq, mübarizə apardığımız üçün qürur duyuruq.

Komanda ilə fəxr edirik. Biz daha güclü qayıdacağıq. Dəstəyiniz üçün minnətdarıq".

"Nürnberq"in "Paderborn"a 2:3 hesabı ilə məğlub olduğu görüşdə komandanın qollarını Mahir Emreli vurub.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 04:40 "Gəncə" “Ordu"ya uduzdu