Güney Azərbaycan təmsilçisi səfərdə xal itirdi, yerində qaldı

12 Aprel 2025 03:00 Bizimkilər 846
Güney Azərbaycan təmsilçisi səfərdə xal itirdi, yerində qaldı

İran çempionatının lideri “Traktor” növbəti matçını keçirib.

Sportinfo.az xəbər verir ki, Güney Azərbaycan təmsilçisi 26-cı turda səfərdə “Şadormalu”nun qonağı olub.

Qarşılaşma 2:2 hesabı ilə başa çatıb.

Rəqiblərindən bir oyun az keçirən Təbriz təmsilçisi 55 xalla turnir cədvəlinə başçılıq edir. Onun ən yaxın izləyiciləri “Sepahan” 53 xalla ikinci, “Persepolis” isə 51 xalla üçüncüdür.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 04:40 "Gəncə" “Ordu"ya uduzdu