AFFA-nın baş katibi Fransada Elxan Məmmədovu tapdı - FOTOLAR

9 Aprel 2025 22:20 Bizimkilər 710
AFFA-nın baş katibi Fransada Elxan Məmmədovu tapdı - FOTOLAR

AFFA-nın baş katibi Cahangir Fərəcullayev Fransada işgüzar səfərdə olub.

Sportinfo.az xəbər verir ki, C.Fərəcullayev FIFA-nın Parisdə yerləşən ofisində bir sıra görüşlər keçirib.

O, tanışlıq çərçivəsində ali futbol qurumunun Avropa üzrə regional direktoru Elxan Məmmədov, Regional koordinatoru Marion Qavat, həmçinin FIFA-nın bəzi departament rəhbərləri ilə görüşüb.

Görüşlərdə Azərbaycanda futbolun inkişafı üzrə əməkdaşlıq imkanları, kütləviliyin və futbola marağın artırılması məsələləri müzakirə olunub. Eyni zamanda, baş katibə FIFA-nın müxtəlif proqramları haqqında məlumat verilib.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 04:40 "Gəncə" “Ordu"ya uduzdu