Millimizin müdafiəçisi cəzalandı, komandası uduzdu

8 Aprel 03:10 Bizimkilər 305
Millimizin müdafiəçisi cəzalandı, komandası uduzdu

Azərbaycan millisinin üzvü Zamiq Əliyevin də formasını geyindiyi "Eqnatiya" Albaniya Superliqasında 33-cü tur oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, komanda "Elbasani"ni qəbul edib. Matçda "Eqnatiya" 1:2 hesab ilə uduzub.

Zamiq Əliyev oyuna start heyətdə çıxıb və sonadək oynayıb. 22 yaşlı müdafiəçi 26-cı dəqiqədə sarı vərəqə alıb.

"Eqnatiya" hazırda turnir cədvəlində 58 xalla liderdir. "Elbasani" isə 46 xalla 5-cidir.

"Eqnatiya" - "Elbasani" - 1:2

Qollar: Medeyros, 85 - Dukoyo, 43, Tsaque, 45+1

Digər Xəbərlər
Xəbər Lenti
9 May 11:00 Məcarə axtarmayın!