Azərbaycanlı futbolçuların üz-üzə gəlməsini istəmədilər

27 Fevral 2025 02:40 Bizimkilər 735
Azərbaycanlı futbolçuların üz-üzə gəlməsini istəmədilər

Azərbaycanlı futbolçuların Türkiyə kubokunda dueli baş tutmayıb.

Sportinfo.az xəbər verir ki, Coşqun Diniyev və Vüsal İsgəndərli qrup mərhələsinin son turunda meydana çıxmayıblar.

Coşqunun komandası "Çorum" öz meydanında Vüsalın çıxış etdiyi "Boluspor"la qarşılaşıb. Oyun 2:1 hesabı ilə birincilərin qələbəsi ilə başa çatıb.

Hər iki təmsilçimizin adı böyük əhəmiyyət kəsb etməyən matçın iştirak ərizəsinə daxil edilməyib.

Qrup mərhələsinin son turunun nəticələrinə görə, "Çorum" 3 xalla 5-ci, xalsız "Boluspor" isə sonuncu pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM