Mahir Emrelinin qiymətini eşitdilər, transferindən İMTİNA ETDİLƏR!

26 Fevral 2025 00:30 Bizimkilər 1 167
Mahir Emrelinin qiymətini eşitdilər, transferindən İMTİNA ETDİLƏR!

“Seul”un Mahir Emrelini transfer etmək niyyətindən daşınıb.

Sportinfo.az “Bild”ə istinadən xəbər verir ki, Cənubi Koreyanın K-1 təmsilçisi indi geri addım atıb.

Asiya klıubu “Nürnberq”in tələb etdiyi təzminatın məbləği ödəmək istəməyib.

Bu ölkədə “transfer pəncərəsi” martın 27-də bağlanacaq. O vaxta qədər “Seul” daha uyğun təkliflə “Nürnberq”in qapısını döyə bilər.

Amma millimizin hücumçusu “Nürnberq”də qalmaq istəmir. Cismi Almaniyada, ruhu Koreyadadır. Onu almanların düşərgəsinə qaytaran məqam yalnız müqavilə öhdəlikləridir.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM