Mahir Emreli “Nürnberq”də komanda yoldaşlarından birinə ayrılmaq niyyətində olduğunu lap əvvəldən etiraf edib.
Sportinfo.az xəbər verir ki, bu haqda “Bild” məlumat yayıb.
O, düşərgədə fərdi məşqlərlə məşğul olsa da, dünən səhər saatlarında çoxunu düşündürən hadisə baş verib.
Belə ki, hücumçu komanda yoldaşlarıyla birgə məşq edib. Məsələnin nə yerdə qaldığını araşdıran "Bild" klubun idman direktoru Yoti Çatzialexioudan açıqlama alıb:
"Bəli, Mahir komandayla birgə məşqlərə qoşuldu. Bir daha heyətdən çıxarılmayacaq.
Bu haqda özüylə də danışdım. Nə o, nə də mən hansısa təzyiq altındayıq.
Öz qərarlarımızı özümüz veririk. Cənubi Koreya klubu Mahiri istəyirsə, "Nürnberq"lə danışıqlar aparmalıdır.
Bizə müraciət edilmədikcə, hansısa transfer prosesindən söhbət gedə bilməz. Mahir bizim üçün dəyərli oyunçudur.
Onu əlimizdən almağın məbləği var. İnanıram ki, Mahir bizimlə qalacaq və qollar vurmağa davam edəcək".

