"Fərqli biridir” - O, azərbaycanlı hücumçunun transferinə sevinir

25 Fevral 2025 12:40 Bizimkilər 1 046
"Fərqli biridir” - O, azərbaycanlı hücumçunun transferinə sevinir

"Radomyak"ın baş məşqçisi Joao Enrike Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun transferi haqda danışıb.

Sportinfo.az xəbər verir ki, o keçirdiyi mətbuat konfransında 25 yaşlı forvardı tərifləyib:

"Fürsət düşdü və biz bundan yararlandıq. Renat bizim komandada olanlardan fərqli xüsusiyyətlərə malik hücumçudur.

O, Tapsoba və ya Perottidən fərqlidir, güclü və döyüşkəndir. Renat daha çox rəqibin cərimə meydançasında olur".

Bir neçə gün əvvəl "Ankaragücü"dən (Türkiyə) ayrılan Renat "Radomyak"la mövsümün sonuna qədər müqavilə imzlaayıb. Müqaviləyə uzadılma variantı da daxildir.

“Radomyak”da daha bir azərbaycanlı futbolçu - Rahil Məmmədov da çıxış edir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti