Uzaq ölkədə legioner həyatı yaşayan millimizin müdafiəçisi məyusluq yaşadı - VİDEO

25 Fevral 2025 04:00 Bizimkilər 682
Uzaq ölkədə legioner həyatı yaşayan millimizin müdafiəçisi məyusluq yaşadı - VİDEO

Cənubi Koreya çempionatında 2-ci turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Daejeon” öz meydanlarında "Ulsan"lə qarşılaşıb və 0:2 hesabı ilə məğlub olublar.

Anton Krivotsyuk da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sona qədər oynayıb.

"Daejeon" turnir cədvəlində hazırda 3 xalla 5-ci, "Ulsan" isə eyni xal sayı ilə 7-ci yerdədir.

"Daejeon" - "Ulsan" 0:2
Qollar:
Ce-Sok Yun, 8, Heo Yool, 59

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti