Yeni klub tapan millimizin hücumçusu: “Çox xoşbəxtəm, hər kəsi görmək istəyirəm"

25 Fevral 2025 00:50 Bizimkilər 1 071
Yeni klub tapan millimizin hücumçusu: “Çox xoşbəxtəm, hər kəsi görmək istəyirəm"

"Burada olduğum üçün çox xoşbəxtəm".

Sportinfo.az xəbər verir ki, bunu "Radomyak"a keçən Azərbaycan millisinin futbolçusu Renat Dadaşov deyib.

Polşa klubunun mətbuat xidmətinə açıqlama verən 25 yaşlı hücumçu azarkeşlərə müraciət edib:

"Cümə günü hər kəsi görmək istəyirəm".

"Radomyak" fevralın 28-də Polşa çempionatının XXIII turunda "Vidzev"i qəbul edəcək. Komanda hazırda Polşa çempionatında 22 turdan sonra 24 xalla 18-ci sırada qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM