Coşqun Diniyevin çıxış etdiyi "Çorum" Türkiyə 1-ci Liqasının 26-cı turunda xal itirib.
Sportinfo.az xəbər verir ki, azərbaycanlı futbolçunun komandası öz meydanında "Adanaspor"la qarşılaşıb.
Qonaqlar oyunda hesabı açsalar da, ikinci hissədə meydan sahibləri bərabərlik qolunu vurublar.
Diniyev bu matçda 90+3-cü dəqiqədə Tunahan Ergülün əvəzinə meydana çıxıb.
“Çorum” hazırda turnir cədvəlində 39 xalla 7-ci, “Adanaspor” isə 21 xalla 19-cudur. Sıralamaya 55 xalla "Kocaelispor" liderlik edir.
"Çorum" – "Adanaspor" 1:1
Qollar: Avounou, 72 - Çikalleşi, 45+1-pen.

