Yığmamızın hücumçusu ilə müqaviləsini ləğv etdilər

23 Fevral 2025 01:10 Bizimkilər 1 524
Yığmamızın hücumçusu ilə müqaviləsini ləğv etdilər

Azərbaycan millisinin qolçusu Renat Dadaşov “Ankaragücü” klubu ilə müqaviləsini ləğv edib.

Sportinfo.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

25 yaşlı hücumçu yanvarın sonunda paytaxt klubunun əsas komandasından kənarlaşdırılmışdı.

Paytaxt klubunun rəhbərliyi onu satmaq niyyətində olub. Lakin müştəri tapılmadığından, anlaşmaya qarşlıqlı razılıqla son verilib.

Dadaşovun müqaviləsinin müddəti 2026-cı ilin yayınadək nəzərdə tutulmuşdu. Tezliklə onun yeni klubu bəlli olmalıdır. Renatın Azərbaycana qayıtmaq variantı da var.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM