
Azərbaycan millisinin üzvü Renat Dadaşov Türkiyənin "Ankaragücü" klubundan ayrılıb.
Sportinfo.az xəbər verir ki, bu barədə "Sports Digitale" məlumat yayıb. Tərəflərin qarşılıqlı razılığı əsasında Dadaşovun 2026-cı ilin yayınadək olan müqaviləsinin ləğv oldunduğu bildirilir.
Futbolçu ötən ay 1-ci liqa təmsilçisinin əsas komandasından kənarlaşdırılmışdı.
Qeyd edək ki, 26 yaşlı hücumçu 2024-cü ilin avqustundan Ankara klubunda çıxış edirdi. O, bu mövsüm komandada 17 oyuna 2 qol vurub, 1 qol ötürməsi edib.