Mahirin başı hazırda transfer məsələlərinə qarışıb, oynamaq yadından çıxıb

19 Fevral 2025 08:50 Bizimkilər 987
Mahirin başı hazırda transfer məsələlərinə qarışıb, oynamaq yadından çıxıb

Azərbaycan millisinin forvardı Mahir Emreli Almaniya II Bundesliqasının 22-ci turunda “Ulm”la keçirilən oyunda “Nürnberq”in iştirak ərizəsinə salınmayıb.

Sportinfo.az yerli mətbuata istinadən xəbər verir ki, buna səbəb 27 yaşlı hücumçunun transfer danışıqları aparmasıdır.

Məlumatda bildirilib ki, Emrelinin başı hazırda transfer məsələlərinə qarışdığından, baş məşqçi Miroslav Kloze onu oynatmamaq qərarına gəlib.

Futbolçunun Cənubi Koreyanın “Seul” klubuna keçidi istisna edilmir. Asiya ölkəsində “transfer pəncərəsi” marta qədər açıq olduğundan, “Seul” Emrelini həmin vaxta qədər heyətinə qata bilər.

Mahir Emrelinin “Nürnberq”lə müqavilə müddəti mövsümün sonuna qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM