“Nürnberq” 90+4 qolu ila 3 xal qazandı, Mahir ehtiyatda “yatdı”

8 Fevral 20:20 Bizimkilər 952
“Nürnberq”  90+4 qolu ila 3 xal qazandı, Mahir ehtiyatda “yatdı”

Almaniya II Bundesliqasında 21-ci turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Nürnberq” bu gün “Maqdeburq”un qonağı olub.

Matç 7 qolun vurulduğu bol qollu oyun kimi yadda qalıb.

Turnir cədvəlində 3-cü yerdə olan “Maqdeburq”la görüşdə “Nürnberq” 90+4–cü dəqiqədə Justvanınun qolu sayəsində 4:3 hesablı qələbə qazanıb.

Bu qələbədən sonra 21 oyundan xalını 31-ə çatdıran “Nürnberq” 9-cu pilləyə yüksəlib.

Mahir Emreliyə gəlincə, əvvəki bir çox matçdan fərqli olaraq, o, bu dəfə start heyətdə yer almayıb və bütün oyun boyu ehtiyatda qalıb.

M.Emreli bu mövsüm “Nürnberq”in heyətində bütün turnirlərdə 15 oyunda meydana çıxıb, 4 qol vurub və 1 qolun ötürməsini edib.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda