Məmmədov Avropa Liqasında

5 Fevral 03:20 Bizimkilər 494
Məmmədov Avropa Liqasında

AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov UEFA tərəfindən növbəti təyinat alıb.

Sportinfo.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

O, UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Fənərbağça” (Türkiyə) – “Anderlext” (Belçika) oyununun UEFA Matç direktoru (UEFA Venue Director) olacaq.

Qarşılaşma fevralın 13-də İstanbulda yerləşən “Şükrü Saracoğlu” stadionunda baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
20 Dekabr 18:10 Çək və bizə göndər!
20 Dekabr 08:50 Ruslar Musayevi seçdi
20 Dekabr 00:30 "Qarabağ"dan 3 XƏBƏR