Əliyev indi Albaniyada az oynayır, amma…

28 Yanvar 2025 03:30 Bizimkilər 825
Əliyev indi Albaniyada az oynayır, amma…

Azərbaycanlı futbolçu Zamiq Əliyev Albaniya çempionatında növbəti oyuna çıxıb.

Sportinfo.az xəbər verir ki, onun komandası “Eqnatiya” 22-ci turda “Vlajniya”nın qonağı olub.

Görüş “Eqnatiya”nın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. 23 yaşlı müdafiəçi bu oyunun 71-ci dəqiqəsində meydana buraxılıb.

“Eqnatiya” bu qələbə sayəsində xalını 39-a çatdırıb və vahid liderdir.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM