Cənubi Azərbaycan təmsilçisi Kartalın komandasına yenildi

28 Yanvar 2025 02:40 Bizimkilər 728
Cənubi Azərbaycan təmsilçisi Kartalın komandasına yenildi

İran çempionatında 17-ci turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, Təbriz "Traktor"u səfərdə əzəli rəqibi olan "Persepolis"in qonağı olub.

Qarşılaşma Tehran təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu məğlubiyyətdən sonra "Traktor" liderliyi əldən verib. Aktivində 35 xal olan komanda turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

"Persepolis"i türkiyəli mütəxəssis İsmail Kartal çalışdırır.

Digər Xəbərlər
Xəbər Lenti
2 Noyabr 20:54 Sumqayıtda iki qol
2 Noyabr 18:10 Çək və bizə göndər!