Bu da YAXŞI XƏBƏR deyil

27 Yanvar 2025 17:20 Bizimkilər 906
Bu da YAXŞI XƏBƏR deyil

Türkiyə 1-ci Liqasında 21-ci turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi "Ankaragücü" doğma meydanda "Erzurum"u qəbul edib.

Matç qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Renat Dadaşov da bu görüşün iştirakçısı olub. 25 yaşlı forvard oyuna start heyətində başlayıb. O, 69-cu dəqiqədə əvəzlənib.

21 turdan sonra aktivində 30 xal olan "Ankaragücü" turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti