Daha bir azərbaycanlı oyunçu Orta Asiya klubunda

26 Yanvar 2025 02:10 Bizimkilər 1 144
Daha bir azərbaycanlı oyunçu Orta Asiya klubunda

Daha bir azərbaycanlı futbolçu Qırğızıstanda oynayacaq.

Sportinfo.az xəbər verir ki, sportal.az-a verilən məlumata görə, U-21 yığmamızın sabiq və “Dnepr”in sabiq müdafiəçisi Dmitri Nağıyev Qırğızıstana yollanıb.

O, bu ölkənin iddialılarından olan “Muras Yunayted”lə müqavilə imzalayıb.

Dmitri "Qarabağ Vyana", "Dnepr", "Sumqayıt", "Ştumbars", "Dinamo-Avto", "İnqulets", "Obolon", "Minay" komandalarında oynayıb.

"Zirə"və "Şamaxı"nın sabiq üzvü Ramin Əhmədov da Qırğızıstan klubu ilə anlaşmışdı. O, bu ölkənin "Alay"a keçib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti