Azərbaycan yığmasının yeni oyunçusunu icarəyə verdilər

21 Yanvar 2025 13:20 Bizimkilər 1 024
Azərbaycan yığmasının yeni oyunçusunu icarəyə verdilər

Azərbaycan millisinin yarımmüdafiəçisi Emil Mustafayev Ukraynada klubunu dəyişib.

Sportinfo.az xəbər verir ki, 23 yaşlı futbolçu “Polesye”dən “Çernomorets”ə keçib.

Bu barədə Ukrayna mətbuatı məlumat yayıb. O, yeni klubunda mövsümün sonuna qədər icarə əsasında çıxış edəcək.

“Çernomorets” Ukryna Premyer Liqasında 17 turdan sonra 12 xalla 15-ci pillədə yer alıb.

Mustafayev 2023-cü il iyulundan “Polessye”də çıxış edir. Onun klubu ilə müqaviləsi 2027-ci il iyununa qədərdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti