COP29

Qarabağda 140 min sakin məskunlaşacaq - Bu tarixədək

27 Oktyabr 08:20 Bizimkilər 456
Qarabağda 140 min sakin məskunlaşacaq - Bu tarixədək

2026-cı ilin sonuna qədər azad olunmuş ərazilərdə 140 min sakin məskunlaşacaq.

Bunu Milli Məclisin üzvü Vüqar Bayramov "Azərbaycanda mina qurbanları: nailiyyətlər və qarşıda duran vəzifələr” mövzusunda dəyirmi masada deyib.

O qeyd edib ki, 2025-ci ildə Böyük Qayıdış prosesi çox aktiv şəkildə həyata keçiriləcək.

"Bu səbəbdən ərazilərin minalardan təmizlənməsi çox vacib məsələdir. Azərbaycan ərazilərində 1.5 milyona yaxın mina basdırılıb. Təkcə mənim Milli Məclisdə təmsil etdiyim Füzuli rayonunda minaların sayı 80 minə yaxındır.

Bu problem əhalinin həyatı, yaşayışı üçün ciddi təhlükədir", - deputat bildirib.

Digər Xəbərlər
Xəbər Lenti
11 Dekabr 18:10 Çək və bizə göndər!