"Azərbaycan millisində oynamaq onun üçün böyük addım idi"

1 Oktyabr 2024 23:20 Bizimkilər 552
"Azərbaycan millisində oynamaq onun üçün böyük addım idi"

“Dinamo”nun (Berlin) rəsmi saytı komandanın azərbaycanlı hücumçusu Rüfət Dadaşovu ad günü münasibəti ilə təbrik edib, karyerası haqda yazıb.

Sportinfo.az xəbər verir ki, almanlar millimizin sabiq forvardı barədə bunları qeyd edib:

"Azərbaycan millisində oynamaq Dadaşov üçün irəliyə doğru böyük addım idi. 2018-ci ilin yayında Şimal-Şərqi Regional Liqasının bombardiri və Berlin kubokunun qalibi “Dinamo”dan ayrılaraq “Proyssen”ə keçmişdi..

Gələcəkdə onun arzusu gerçəkləşdi və bunun ardınca Millətlər Liqasının, Avropa çempionatının təsnifat mərhələsində çıxış etdi.

“Proyssen”də təxminən il yarımdan sonra 2020-ci ilin əvvəlində ABŞ-a köçdü və ölkənin 2-ci Liqasında çıxış edən “Finiks Razinq”lə müqavilə imzaladı.

Orada o, qol vurma qabiliyyətini də təsirli şəkildə nümayiş etdirdi, 29 oyunda 15 qol vurmuşdu.

2021-ci ilin avqustunda nəhayət Almaniyaya qayıtdı və “Şalke”nin U-23 komandasına qoşuldu. Bir neçə ay sonra Rüfətə hətta 2-ci Bundesliqada debüt etmək şansı da verilmişdi".

2023-cü ilin yayında Dadaşov "Dinamo"ya qayıdıb. Onun uyğunlaşması çox çəkmədi. Onun hazırkı statistikası 36 matçda 17 qoldur”.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu