UEFA 6 azərbaycanlını “Yurqorden”in oyununa təhkim etdi

4 Avqust 2024 02:30 Bizimkilər 608
UEFA 6 azərbaycanlını “Yurqorden”in oyununa təhkim etdi

Azərbaycanlı FİFA referisi Elçin Məsiyev UEFA-dan növbəti təyinat alıb.

Sportinfo.az xəbər verir ki, təmsilçimiz Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Yurqorden” (İsveç) - “İlves” (Finlandiya) qarşılaşmasının baş hakimi olacaq.

Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək.

Əliyar Ağayev VAR, İnqilab Məmmədov isə AVAR kimi fəaliyyət göstərəcək.

Görüş avqustun 15-də Stokholm şəhərində yerləşən “Stokholm Arena”da keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 18:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 03:40 Vüsal əməliyyat edildi