COP29

Musa Qurbanlının qiyməti budur? - Bizi narahat edən sorğu

30 Noyabr 2023 09:20 Bizimkilər 3 331
Musa Qurbanlının qiyməti budur? - Bizi narahat edən sorğu

“Yurqorden”in (İsveç) azarkeşləri Azərbaycan millisinin futbolçusu Musa Qurbanlının komandadakı çıxışına qiymət veriblər.

Sportinfo.az xəbər verir ki, sorğu zamanı həm 21 yaşlı forvard, həm də Stokholm təmsilçisinin digər hücumameyilli oyunçuları qiymətləndirilib.

Sorğu 2023-cü il ərzində “Yurqorden”in formasını geyinmiş 15 ön xətt oyunçusu arasında aparılıb. Həmin futbolçuların bəziləri yayda komandanı tərk ediblər.

Hazırda “Yurqorden”də çıxış edənlər arasında ən zəif hücumameyilli futbolçu isə məhz Musa Qurbanlı olub. Onun komandadakı çıxışı 1 bala, yəni ən aşağı qiymətə layiq görülüb.

Yay fasiləsində “Qarabağ”dan “Yurqorden”ə keçən Musa Qurbanlı İsveç klubunun heyətində keçirdiyi 17 oyunda 3 qol vurub, 1 məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"