COP29

Emin Mahmudovun vurduğu qol seçmə mərhələnin ən yaxşısı adına namizəddir

27 Noyabr 2023 22:40 Bizimkilər 397
Emin Mahmudovun vurduğu qol seçmə mərhələnin ən yaxşısı adına namizəddir

AVRO-2024-ün seçmə mərhələsində ən yaxşı qolu müəyyənləşdirmək üçün səsverməyə start verib.

Sportinfo.az Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, siyahıda Azərbaycan millisinin futbolçusu Emin Mahmudovun dəqiq zərbəsi də yer alıb.

31 yaşlı yarımmüdafiəçinin Bakıda İsveçə uzaq məsafədən vurduğu qol siyahıya düşüb. Həmin qarşılaşmada yığmamız 3:0 hesablı qələbəyə sevinib.

Mahmudovla yanaşı, albaniyalı Kristian Aslani ilə Yasir Asani, ingiltərəli Bukayo Saka, sloveniyalı Yan Vipotnik, qazaxıstanlı Asxat Taqlbergen, fransalı Kilian Mbappe, belçikalı Leandro Trossard, lixtenşteynli Sandro Volfinger və türkiyəli Yunus Akgün də namizəddir.

Qalib UEFA-nın rəsmi saytında səsvermədən sonra bəlli olacaq. Emin Mahmudovun qolu IX turda ən yaxşı adına layiq görülüb.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"