Rahil Məmmədov 90 dəqiqə oynadı, "sarı" aldı, qələbə qazandılar

15 Aprel 2024 01:20 Bizimkilər 1 002
Rahil Məmmədov 90 dəqiqə oynadı, "sarı" aldı, qələbə qazandılar

Polşa çempionatında 28-ci turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Rahil Məmmədovun formasını geyindiyi "LKS Lodz" doğma meydanda "Radomyak"ı qəbul edib.

Qarşılaşma ev sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Rahil Məmmədov da bu görüşün iştirakçısı olub. 29 yaşlı mərkəz müdafiəçisi matça start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub. O, 10-cu dəqiqədə sarı vərəqə görüb.

28 turdan sonra 21 xal toplayan "LKS Lodz" turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 20:00 Çək və bizə göndər!
26 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
26 Oktyabr 08:20 “Neftçi”nin ASLANları
26 Oktyabr 07:10 Leysan, dolu, sulu qar...
26 Oktyabr 04:00 “Neftçi” məğlub oldu