De Byazinin mənə təklif göndərəcəyinə inanmıram” - LEGİONER

22 Yanvar 2022 21:00 Bizimkilər 1 102
De Byazinin mənə təklif göndərəcəyinə inanmıram” - LEGİONER

“Ümumi anlaşma əldə etdiyim Mozır “Slaviya”sında özümü ən yaxşı tərəfdən göstərmək istəyirəm”.

Uzun illər Azərbaycan Premyer Liqasında top qovmuş, “Neftçi”, “Sumqayıt”, “Qəbələ”, “Səbail”, “Keşlə” və “Zirə”nin formasını geyinmiş Ruslan Qurbanov müqavilə bağlamağa hazırlaşdığı Belarus təmsilçisindəki perspektivi haqda Sportinfo.az-a danışıb.

Vaxtilə Azərbaycanın U-21 və əsas millilərinin şərəfini qorumuş 30 yaşlı hücumçu yenidən yığmada görünməsinin mümkünlüyü haqda sualı da cavablandırıb.

Qurbanovun fikrincə, milli qapıları onun üzünə bağlanıb:

“Millidə oynamaq hər bir futbolçunun arzusudur, o cümlədən mənim. Yığmanın heyətində meydana çıxdığım oyunlarda meydanda əlimdən gələnin ən yaxşısını etməyə çalışmışam. Təbii ki, yenidən dəvət olunmaq istərdim.

Lakin Canni de Byazinin mənə təklif göndərəcəyinə inanmıram. İstənilən halda komandaya və oradakı dostlarıma gələcək matçlarda uğurlar arzulayıram”.

Ruslan Qurbanov 2010-2012-ci illər aralığında U-21-də 6 görüşə çıxaraq 1 qola imza atıb.

2015-ci ildən 2018-ci ilə qədər isə çağrıldığı əsas millidə 26 oyunun iştirakçısı olub ki, 2016-cı ildə səfərdə San Marinonun qapısına vurulan yeganə qolun müəllifi kimi yadda qalıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
12 İyul 18:10 Çək və bizə göndər!