“Qarabağ” və “Neftçi”nin oğlumla maraqlanması...” – Ukraynada yaşayan ata

18 Yanvar 03:00 Bizimkilər 1 486
“Qarabağ” və “Neftçi”nin oğlumla maraqlanması...” – Ukraynada yaşayan ata

Sportinfo.az Ukraynanın “Minay” klubunun yarımmüdafiəçisi, əslən azərbaycanlı olan Eldar Quliyevin atası Şahbaz Quliyevin müsahibəsini təqdim edir:

- Oğlunuz hazırda Ukrayna Premyer Liqasında çıxış edən “Minay”da çıxış edir. Eldarın karyerasından razısınız?

- Eldar həmin vaxtı Ukrayna Premyer Liqasında çox da oyun oynamamışdı. Amma “Minay” bu cür futbolçunu komandaya götürməkdən qorxmadı. Ona görə də klub rəhbərliyinə və məşqçilərə təşəkkür edirəm. “Minay” Eldarın karyerası üçün yaxşı startdı və təbii ki, oğlumun işlərindən razıyam. İndi hər şey yalnız Eldardan asılıdı, necə məşq edəcək, necə inkişaf edəcək, görəcəyik. Onun cəmi 19 yaşı var və karyerası irəlidədi. Hələ ki, ilk addım atılıb.

- Əvvəlki komanda yoldaşı Rüstəm Əhmədzadə “Minay”dan ayrılaraq “Qarabağ”a keçdi. Oğlunuzu necə, “Qarabağ”da görmək istəyərdiniz?

- Rüstəmə uğurlar arzu edib, ona çoxlu qollar vurmasını, “Qarabağ”da əsas heyət üzvü olmasını arzulayıram. “Qarabağ” tanınmış klubdu, stabil olaraq avrokuboklarda çıxış edir. Bu da prestijlidi.

- Oğlunuz Azərbaycan klubları üçün də maraqlıdı. Onu “Neftçi” və ya “Qarabağ” kimi klublarda görmək istəyərdiniz?

- Bəli, Eldar Quliyevlə Azərbaycandan maraqlanan klubların olduğunu bilirəm. “Qarabağ” və “Neftçi”nin onunla maraqlanması barədə heç nə eşitməmişəm. Ona görə də bu haqda danışmağın doğru olmadığını düşünürəm.

- Bəs yaxşı, Eldarın Ukrayna qrandları “Şaxtyor” və “Dinamo”(Kiyev) klublarında oynamaq şanslarını necə dəyərləndirirsiniz?

- İstənilən gənc futbolçunun “Dinamo”(Kiyev) və “Şaxtyor” klublarında oynamaq şansı var. Sadəcə çox işləmək, inkişaf edəcəyi təqdirdə mümkündü. Bir müddət əvvəl Eldar Ukraynanın U-21 yığmasına dəvət edildi. Onun adı sadəcə ehtiyat heyətə düşmüşdü. Azərbaycan və ya Ukrayna millisinin futbolçusu olmaq üçün, klubunda buna layiq olduğunu göstərməlisən. Ona görə də rəsmi təklif olmadığına görə, oğlum bütün fikrimi “Minay”dakı çıxışına yönəldib.

- Oğlunuzu Azərbaycan millisinin formasında xəyal edirsiniz?

- İstənilən ata kimi mən də oğlumu hər seçimində dəstək olacam. Bu, mənim xoşuma gələcək ya yox, başqa sualdır (sportal.az).

Digər Xəbərlər
Xəbər Lenti