"Mahir pis futbolçu deyil, onu mühakimə etmək çətindir"

25 Noyabr 2021 00:40 Bizimkilər 723
"Mahir pis futbolçu deyil, onu mühakimə etmək çətindir"

"Komandanın oyununda sabitlik çatmır.

Bundan başqa, heyətə cəlb olunan futbolçular nəyisə dəyişə bilmirlər".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Legiya"nın sabiq futbolçusu Stanko Svitlitsa komandanın cari mövsüm Ekstraklasadakı uğursuz çıxışı və yeni transferləri barədə "Sport.pl" saytına müsahibəsində deyib.

"Legiya" Polşa çempionatında 9 xalla 18 komanda arasında 17-ci sırada qərarlaşıb.

Veteran oyunçu Varşava təmsilçisinin yayda heyətinə qatdığı Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxışına da toxunub:

"Emreli pis futbolçu deyil. Avrokubokların təsnifat mərhələsində, həmçinin Avropa Liqasının qrupunda İngiltərə "Lester"inə qol vurub. Ona görə də bu futbolçunu mühakimə etmək çətindir".

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"