Millimizin müdafiəçisi qol vurdu və məyus oldu - VİDEO

27 Sentyabr 2021 00:42 Bizimkilər 781
Millimizin müdafiəçisi qol vurdu və məyus oldu - VİDEO

Polşa Ekstraklasasında 9-cu turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun çıxış etdiyi “Visla” (Plotsk) səfərdə “Şlyonsk” ilə qarşılaşıb və 1:3 hesabı ilə uduzub.

Start heyətdə meydana çıxan Krivotsyuk 90 dəqiqə meydanda olub. Komandasının yeganə qolunu 30-cu dəqiqədə millimizin müdafiəçisi vurub.

Bu, onun çempionatda vurduğu 2-ci qoldur. “Visla” hazırda 10 xalla 18 komanda arasında 10-cudur.

Digər Xəbərlər
Xəbər Lenti