Xilaskar azərbaycanlını "matçın adamı" seçdilər - FOTO

26 Sentyabr 2021 19:40 Bizimkilər 644
Xilaskar azərbaycanlını "matçın adamı" seçdilər - FOTO

Azərbaycanlı futbolçu Renat Dadaşov Portuqaliya çempionatının 7-ci turunda keçirilən “Tondela” – “Famalikan” matçının ən yaxşısı seçilib.

Sportinfo.az xəbər verir ki, Dadaşovun qolu ev sahiblərinə qələbə gətirib (3:2).

Görüşdən sonra "matçın adamı" mükafatına sahib çıxan millimizin üzvü bunları deyib:

“Mənim üçün ən vacibi komandadı. Klubdakı yoldaşlarım olmasaydı bu mükafatı ala bilməzdim.

Oyunboyu özümüzə inandıq. Bizim əla oyunçularımız var və birlikdə oyunu qalib başa vurduq.

Bu, təkcə mənim mükafatım deyil, bütün komandaya məxsusdu. Uğursuz oyunlardan sonra qələbə vacib idi”.

Digər Xəbərlər
Xəbər Lenti