Bu gün Tokio-2020-də necə idmançımız çıxış edəcək?

28 İyul 2021 01:38 Bizimkilər 519
Bu gün Tokio-2020-də necə idmançımız çıxış edəcək?

Bu gün Azərbaycanın daha üç idmançısı Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayacaq.

Sportinfo.az xəbər verir ki, yarışın növbəti günündə cüdoçu Məmmədəli Mehdiyev və boksçu Alfonso Dominges qüvvəsini sınayacaq.

Bundan əlavə Badmintonçu Eddi Reski Dviçayo L qrupunda növbəti görüşünü keçirəcək.

90 kq çəki dərəcəsində yer alan Mehdiyev 1/16 final mərhələsində Rafael Makedo (Braziliya) / İslam Bozbayev (Qazaxıstan) cütünün qalibi ilə üz-üzə gələcək.

Dominges 1/8 finalda Dilşodbek Ruzmetovlə (Özbəkistan) görüşəcək.

İlk oyunda qələbə qazanan Dviçayo danimarkalı Anders Antonsenin müqavimətini qırmağa çalışacaq.

İndiyədək Azərbaycanın 17 idmançısı olimpiada ilə vidalaşıb.

Tokio-2020

28 iyul

Cüdo

90 kq

06:00 - 09:30. 1/16 final. Məmmədəli Mehdiyev - Rafael Makedo (Braziliya) / İslam Bozbayev (Qazaxıstan)

Badminton

L qrupu

15:00. Edi Reski Dviçayo - Anders Antonsen (Danimarka)

Boks15:27. 1/8 final. Alfonso Dominges - Dilşodbek Ruzmetov

Digər Xəbərlər
Xəbər Lenti