Azərbaycanlı futbol adamı son 1 həftədə ikinci dəfə…

18 İyul 2021 17:20 Bizimkilər 885
Azərbaycanlı futbol adamı son 1 həftədə ikinci dəfə…

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan yeni təyinat alıb.

Sportinfo.az xəbər verir ki, o, Qazaxıstanın "Kayrat" və Serbiyanın "Srvena Zvezda" klubları arasında UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununun hakim-inspektoru olacaq.

Görüş iyulun 21-də Almatı şəhərindəki Mərkəzi stadionda keçiriləcək.

Bu, Xudiyevin son 1 həftədə "Kayrat"ın matçına ikinci təyinatıdır. O, iyulun 14-də Almatı təmsilçisinin İsrailin "Makkabi" (Hayfa) klubuna qarşı I təsnifat mərhələsinin cavab oyununda da eyni funksiyanı yerinə yetirib.

Digər Xəbərlər
Xəbər Lenti