Azərbaycanlı oyunçu karyerasına ara verdi, şirkətdə işə düzəldi - Türkiyədə

15 May 2021 13:00 Bizimkilər 1 676
Azərbaycanlı oyunçu karyerasına ara verdi, şirkətdə işə düzəldi - Türkiyədə

«Bir müddətdir Türkiyədə sərt qapanma rejimi tətbiq olunub, evdən bayıra çıxa bilmirik».

Bu sözləri Sportinfo.az-a açıqlamasında Türkiyədə legioner həyatı yaşayan Salman Atluxanov deyib.

BAL Liqasında çıxış edən yeganə azərbaycanlı futbolçu olan yarımmüdafiəçi "1864 spor" FK-dan ayrılıb.

Bir neçə ildir qonşu ölkənin həvəskar statuslu çempionatında çıxış edən "Bakı"nın yetirməsi inişil “Merzifonspor“dan “Küçükçekmece Yeşilovaspor”a keçmişdi.

Daha sonra "1864 spor"un yolunu tutan həmyerlimizin bütün planlarını pandemiya pozub: "Burada, adətən, 1 illik müqavilə imzalanır. Çünki həmin müddətdə sənə daha sərfəli təklif gələ bilər.

Təəssüf ki, xeyli vaxtdır karyeramıza ara vermək məcburiyyətində qalmışıq. Türkiyədə aşağı liqaların keçirilməsinə icazə verilmir.

BAL Liqasının nə vaxt başlayacağı hələ bilinmir. İndi sərbəst agentəm, karyeramı hansı komandada davam etdirəcəyim məlum deyil.

Harasa getmək, kiminləsə görüşmək olmur. Belə çox çətindir. Bir qədər əvvəl Azərbaycana qayıtmalı idim, o da alınmadı. Burada bir şirkətin təşkil etdiyi məşqçilik kursuna yazılmışam.

Düzdür, kateqoriya söhbəti yoxdur, amma müəyyən üstünlükləri var. Məsələn, həm məşqçilik sahəsiylə bağlı kurslarda iştirak edirəm, həm də azyaşlı uşaqlara fərdi məşq keçirəm. Şirkət bizə maaş verir, onun hesabına dolanırıq".

Digər Xəbərlər
Xəbər Lenti