Ayaqyalın çıxdığı kəndə 30 il sonra qayıtdı — Tuğdan VİDEOREPORTAJ

4 Mart 2021 22:10 Bizimkilər 3 412
Ayaqyalın çıxdığı kəndə 30 il sonra qayıtdı — Tuğdan VİDEOREPORTAJ

İşğaldan azad olunmuş Xocavənd rayonunun Tuğ kəndindəyik.

Dəniz səviyyəsindən 1400-1500 metr yüksəklikdə yerləşən kənd sözün əsl mənasında cənnəti xatırladır. Dünyada məşhur olan Azıx və Tağlar mağaraları Tuğ kəndinin yaxınlığında yerləşir.

1991-ci il oktyabrın 30-dan 31-nə keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Tuğ 2020-ci il noyabrın 9-da Müzəffər Azərbaycan Ordusu tərəfindən azad olunub.

İşğaldan əvvəl kənddə azərbaycanlılarla azsaylı ermənilər birgə yaşayıb.

1988-ci ildən başlayaraq Dağlıq Qarabağda erməni separatçıları azərbaycanlılara qarşı soyqırımlar törədiblər. O cümlədən Tuğ kəndində də həmyerlilərimiz ermənilər tərəfindən amansız hücumlara məruz qalıb.

Digər Xəbərlər
Xəbər Lenti