Mahir Emreli bu hadisəni hər kəsdən gizlədir! - VİDEO

21 Aprel 15:00 Bizimkilər 2 474
Mahir Emreli bu hadisəni hər kəsdən gizlədir! - VİDEO

"Bu qolu gürcü və ya özbək vursaydı, deyərdik ki, niyə bizdə belə futbolçu yoxdur".

ATV kanalında yayımlanan "Futbolumuz" verlişinin aparıcısı Ceyhun Rzayev belə deyib.

II Bundesliqa klubu "Nürnberq"də çıxış eləyən Mahir Emreli "Kayzerslautern"ə qol vurmaqla komandasının qələbəsində pay sahibi olub.

Verlişdə millimizin hücumçusunun bu qolu, klubdakı durumu və ondan olan gözləntilər barədə müzakirə aparılıb.

Rzayev bildirib ki, Almaniya klubunda hansısa hadisələr yaşanmaqdadır, ancaq Mahir hər şeyi ictimaiyyətdən gizlədir.

O iddia edib ki, "Bakı"nın yetirməsinin "Nürnberq"də əsas heyətə düşməməsi futboldankənar amillərlə əlaqədardır.

Aparıcı onun bir gün bütün həqiqətləri açıqlayacağına əminliyini vurğulayıb.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti