COP29

"Neftçi" - Qadınların çempionu!

30 May 08:20 Basketbol 496
"Neftçi" - Qadınların çempionu!

Azərbaycan Texniki Universitetinin idman zalında Azərbaycan Qadınlar Liqasının (AQL) final və 3-cü yer uğrunda görüşləri baş tutub.

Sportinfo.az xəbər verir ki, öncə 3-cü yer uğrunda "Qaradağ" və "Xırdalan" arasında oyuna start verilib.

Qarşılaşma Xırdalan klubunun 51-49 hesablı çətin qələbəsi ilə yekunlaşıb.

Final görüşündə isə "Neftçi" və "Azstars" üz-üzə gəlib. Oyunun əvvələrindən üstünlüyü ələ keçirmiş "Neftçi" sonda 93-29 hesablı rahat qələbəyə sevinib.

Final oyununun ən dəyərli qadın basketbolçusu (MVP) "Neftçi"dən Angelina İsmayılova seçilib.

Bununla da "Neftçi" ilk pley-offlu sistemdə keçirilən çempionatın ilk çempionu kimi tarixə düşüb. Sonda qaliblər federasiya rəsmiləri tərəfindən kubok və medallarla təltif olunublar.

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 21:20 Mahir Emreli nəsə edib?