"Neftçi" ölkə kubokunun finalına buraxılmadı

26 Mart 2023 01:40 Basketbol 468
"Neftçi" ölkə kubokunun finalına buraxılmadı

“Sərhədçi” İdman Mərkəzində basketbol üzrə Azərbaycan kubokunun yarımfinal oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, ilk yarımfinal oyununda “Gəncə” və “Neftçi” üz-üzə gəlib.

Yerli oyunçularının dominant oyunu sayəsində “Gəncə” rəqibi üzərində 83:73 hesablı qələbə qazanaraq ilk finalçı olub.

Ən məhsuldar basketbolçular “Gəncə”dən Amil Həmzəyev (26 xal, 6 ribaund), “Neftçi”dən isə Yuri Kondrakov (18 xal, 10 ribaund) olublar.

İkinci yarımfinal qarşılaşması NTD və “AAAF Xırdalan” arasında baş tutub. Gərgin mübarizə şəratində davam edən oyunun sonunda NTD 91:84 hesablı qələbə qazanaraq adını finala yazdırıb.

Ən məhsuldar basketbolçular NTD-dən Londel Kinq (25 xal, 15 ribaund), “AAAF Xırdalan”dan isə Devin Pullum (23 xal, 5 asist) olub.

“Gəncə” və NTD arasındakı final oyunu martın 26-da keçiriləcək və 16:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 20:00 Çək və bizə göndər!
26 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
26 Oktyabr 08:20 “Neftçi”nin ASLANları
26 Oktyabr 07:10 Leysan, dolu, sulu qar...
26 Oktyabr 04:00 “Neftçi” məğlub oldu