"Mən bu kişilərin mərdliyi, vətənpərvərliyi qarşısında baş əyirəm"

20 Oktyabr 2020 00:42 Azərbaycan Futbolu 790
"Mən bu kişilərin mərdliyi, vətənpərvərliyi qarşısında baş əyirəm"

“Çoxdandır sizinlə ünsiyyətdə olmurdum. Həyatım belə gətirmişdi. İdman barədə məqalələr yazmaq istəmirdim”.

Sportinfo.az xəbər verir ki, bu fikirlər “İnter”in (indiki “Keşlə”) sabiq prezidenti Georgi Nikolova məxsusdur.

Bolqarıstanlı futbol mütəxəssisi Dağlıq Qarabağda baş verənlərə biganə qalmayıb. Sosial şəbəkədə paylaşım edən Nikolov terrorçu Ermənistanla mübarizə aparan Azərbaycan Ordusunun şücaətini və haqq savaşı apardığını xüsusi qeyd edib:

“Keçmişdə bir dövlət xadimi deyib ki, bir insanın ölümü faciə, minlərlə insanın ölümü sadə statistikadır... Amma mən onunla qətiyyən razı deyiləm. Əgər şərəfli insanlar öz vətənləri üçün ölürsə, burda hansı statistika ola bilər?

Doğma yurdların cəsurluqla təmizlənməsi sadəcə qəhrəmanlıq sayılır. Əllərində nəyin – Kalaşnikov avtomatı, döyüş təyyarəsinin şturvalı və ya başqa silahın olmasından asılı olmayaraq onlar müharibənin dəhşətləri və ölünə qarşı irəli atılır. “

İşimiz haqq işidir, qələbə bizim olacaq...”, bu, bəzən onların həyatdakı son fikirləri olur. Mən bu kişilərin mərdliyi, vətənpərvərliyi qarşısında baş əyirəm.

Qisas silahı yalnız onların əlindədir və o qələbə gətirəcək.

Buna şübhə də etmirəm. Cəsur olun, mənim dostlarım. Güllə - axmaqdır, cəsurlardan qaçır. Sizin hamınızı sizin qürurlu qələbə bayrağınızla görmək istəyirəm. Sonra isə biz yenə futboldan danışa bilərik”.

Xəbər Lenti