Tərlan Əhmədov və Ruslan Lukin Barselonaya niyə aparılmayıb?

17 Oktyabr 2020 13:54 Azərbaycan Futbolu 911
Tərlan Əhmədov və Ruslan Lukin Barselonaya niyə aparılmayıb?

Rusiyanin "Rrealnoe Vremya" nəşri Azərbaycanın veteran futbolçuları Tərlan Əhmədov və Ruslan Lukinin SSRİ gənclər yığmasının Barselona-1992 Yay Olimpiya Oyunları üçün heyətindən kənarda qalma səbəbini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, keçmiş oyunçuların Ermənistanla münaqişəyə görə həmin vaxt milliyə cəlb olunmadıqları bildirilib.

"O yaşdakı Sovet futbolçuları həmin vaxt Barselona olimpiadasına qalib statusu ilə yanaşırdı. 19 yaşadək futbolçular arasında Avropa çempionatını qazanmış və U-20 yığmaları arasında dünya çempionatının bürünc mükafatçısı olmuşdular.

Komandanın ovaxtkı baş məşqçisi Boris İqnatyevin geniş seçim imkanı var idi.

Heyətdə yalnız Estoniya futbolunun yetirməsi Toomas Krım, həmçinin Avropa çempionları Ervand Krbaşyan (Ermənistan), Tərlan Əhmədov və Ruslan Lukin (hər ikisi Azərbaycan) yox idi. Çünki bu respublikalar arasındakı münaqişə əndazəsindən çıxmışdı", - məqalədə qeyd olunub.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi