Çoxlarının bəyənmədiyi azərbaycanlı futbolçunu təriflədi: "Son dərəcə ağıllıdır"

17 Sentyabr 2020 14:30 Azərbaycan Futbolu 739
Çoxlarının bəyənmədiyi azərbaycanlı futbolçunu təriflədi: "Son dərəcə ağıllıdır"

“Rüfət çox faydalı futbolçudur. O, meydanda nə vaxt nə edəcəyini yaxşı bilir”.

Sportinfo.az xəbər verir ki, bunu “Finiks Rizinq”in baş məşqçisi Rik Şantz Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun ABŞ Milli Futbol Liqasının (USL) XII turunda "Las-Veqas Layts" önündəki performansını dəyərləndirərkən deyib.

Çalışdırıcı komandasının 5:1 hesabı ilə qalib gəldiyi matçda 2 qol, 1 assistlə üçüncü dəfə həftənin rəmzi komandasına düşən 29 yaşlı forvarddan razılıq bildirib:

“Çoxları görməzlikdən gəlsə də, Rüfətin ən çox xoşuma gələn xüsusiyyəti daim hərəkətdə olması və müdafiə xəttin gərginlikdə saxlamasıdır.

Dadaşov qapıçılar üçün təzyiqdir, hücum zamanı cinah oyunçularımızın boş zona tapmasına şərait yaradır. Son dərəcə ağıllıdır və əsl bitiricidir. Onun komandamızda olması sevindirici haldır. Rüfət bu təriflərə layiqdir”.

Bu mövsüm aktivinə 10 qol yazdıran Rüfət Dadaşov bombardirdən cəmi 1 top geri qalır. Onun komandası növbəti matçını sentyabrın 20-də “San Dieqo Loyal”a qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti