Sərxoş qadın azərbaycanlı futbolçunu niyə öpürmüş?

29 İyun 2020 10:24 Azərbaycan Futbolu 1 045
Sərxoş qadın azərbaycanlı futbolçunu niyə öpürmüş?

Rusiya yığmasının sabiq yarımmüdafiəçisi Aleksandr Səmədov DÇ-2018 barədə danışıb.

Sportinfo.az xəbər verir ki, Azərbaycan əsilli futbolçu İspaniya ilə qarşılaşmadan sonra başına gələn hadisə barədə də məlumat verib.

O, sərxoş qadının onun boynuna sarılmasını belə nəql edib: “İspaniya ilə oyun günü oğlumun doğum günü idi. O, ad gününü “Lujniki”nin yaxınlığındakı restoranda qeyd edirdi.

Oyundan sonra Çerçesov bizə istirahət verdi. Mən də dərhal özümü oğlumun yanına çatdırdım. Elə oldu ki, arada restorandan çölə çıxmalı oldum.

Fanatlar şənlənirdilər, qələbəni çılğınlıqla qeyd edirdilər. Məni görən xanım azarkeş boynuma sarıldı. O, məni öpürdü, özü də sərxoş idi. Digər azarkeşlər də məni qucaqlamağa başladılar.

Onların əlindən güclə qurtulub özümü restorana saldım. Amma orda çox qala bilmədik, evə getməli olduq”.

Xəbər Lenti