"Deyir, istəsən, elə yerdən tapşırım ki, sizi milliyə baş məşqçi gətirsinlər"

20 May 2020 12:16 Azərbaycan Futbolu 997
"Deyir, istəsən, elə yerdən tapşırım ki, sizi milliyə baş məşqçi gətirsinlər"

"Asəf Məlikov yaşca məndən böyük olsa da, neçə illər sonra gəldi, yanımda köməkçi kimi çalışdı. Düz 10 il təcrübə yığdı".

Sportinfo.az xəbər verir ki, bu sözlər əməkdar məşqçi Adil Mahmudova məxsusdur.

I Divizionda «Qaradağ Lökbatan» və «Şahdağ»la uğurlu nəticələr qazanmış mütəxəssis milliyə təyinatların tapşırıq və sifarirşlə həyata keçirildiyini iddia edib:

"Məlikov hazırda məşqçi-müəllim işləyir. Bu gün ürəyi istəsə, milli komandaların birində çalışar. Sadəcə, deyir ki, Adil müəllim, gərək sizə yol versinlər millidə, mən də gəlim, dəstək olum.

Deyir, istəsən, elə yerdən tapşırım ki, o dəqiqə sizi milliyə gətirsinlər. Amma məni tapşırmaq lazım deyil. İstəyirəm, bizi gözü görməyənlər artıq görsün və bilsin ki, Adil Mahmudovun Azərbaycan futbolu üçün elədiklərini başqa məşqçilərin təkrarlamasına 100 il lazımdır.

Millilərdə və Premyer Liqada bəzi məşqçilər var ki, onlar da bir zamanlar... Sadəcə, onların adını çəkmək istəmirəm ki, hələ tezdir. Gərək birinci insan olmağı öyrənsinlər".

Digər Xəbərlər
Xəbər Lenti
12 İyul 18:10 Çək və bizə göndər!