
Onun ölümü Azərbaycan futbol ictimaiyyətini çox sarsıtdı.
Uşaqlıqdan könül verdiyi futbol onu yalnız buraxınca, ürəyi buna dözmədi.
“Gəncə”, “İnter”, “Qarabağ”, “Turan”, “Xəzər Lənkəran”, “Qəbələ”, “Sumqayıt” və “Bakı” klublarının şərəfini qorumuş “Şako” ləqəbli futbolçu televizorda futbola baxarkən keçinib.
Sportinfo.az xəbər verir ki, tanınmış jurnalist Araz Əhmədov bu dəfə 25 yaşında vəfat etmiş 17 və 19 yaşadək millimizin sabiq futbolçusunun həyatına həsr edilən videosüjet hazırlayıb.